Xocalıdakı raket kompleksi Hərbi Qənimətlər Parkında - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xocalı rayonu ərazisində aşkar olunan "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində "Hərbi Qənimətlər Parkı"nda yerləşdirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə 15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkında təşkil edilən mediatur zamanı məlumat verilib.
Mediatur zamanı iştirakçılar Xocalı rayonunda aşkar olunan Ermənistan silahlı qüvvələrinə məxsus "2K11 Kruq" zenit-raket kompleksi ilə tanış olublar.
Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.
Vətən Müharibəsi iştirakçısı mayor Əsgər Məmmədov sözügedən texnikaların zenit raket kompleksinin tərkib hissələrindən biri olduğunu deyib.
"Ordumuz bunları anti-terror əməliyyatları zamanı Xocalı rayonunda ələ keçirib. Bu iki element "2K11 Kruq" zenit-raket kompleksinin tərkib elementlərinin bir neçəsidir".
Vətən müharibəsi iştirakçısı, mayor Şükürov Tural isə bildirib ki, lokal antiterror əməliyyatından sonra Xocalıda Ermənistan Silahlı Qüvvələrinin tərk etdiyi "2K11 Kruq" zenit-raket kompleksinə baxış keçirən zaman işlək vəziyyətdə olub.
"Əməliyyat zamanı kompleksdən istifadə edilsə də, hər hansı hava hücumundan vasitələrimizə atəş açılmayıb. Artıq bu kompleks Hərbi Qənimətlər Parkındadır".
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsindən əvvəl işğal etdikləri Qarabağ və ətraf rayonlarda hava hücumundan müdafiə sistemini gücləndirmişdir.
"Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinə təhdidlər yaradır və sıradan çıxarılması üçün müxtəlif tədbirlər həyata keçirirdilər. Vətən müharibəsində Azərbaycan Ordusu düşmən ordusunu darmadağın etdi. Sonrakı dövrdə bu ərazilərdə müxtəlif düşmən texnikaları var idi. Bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkında "2K11 Kruq" zenit-raket kompleksinin görürük. Silahlar, bu kimi texnikaların aşkarlanması davam edir və onlar zərərsizləşdirilir", - deyə, hərbi ekspert bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Diana Əhədpur Fahriye Evcen və Burak Özçivitlə eyni məkanda - (Video)
-
Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı
-
Polad Bülbüloğlu evlilik iddiasına aydınlıq gətirdi - (Foto)
-
Kişilər niyə qadınlardan az yaşayır?
-
10-cu siniflər üzrə elektron yerdəyişmə başlayır - Tarix
-
Bakıda bu ünvanlarda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
XƏBƏR LENTİ
-
Diana Əhədpur Fahriye Evcen və Burak Özçivitlə eyni məkanda - (Video)
-
Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı
-
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
-
Polad Bülbüloğlu evlilik iddiasına aydınlıq gətirdi - (Foto)
-
Kişilər niyə qadınlardan az yaşayır?
-
10-cu siniflər üzrə elektron yerdəyişmə başlayır - Tarix
-
Bakıda bu ünvanlarda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
-
Arda Güler komanda yoldaşının "qüruru ilə oynadı" - (Video)
-
Aysun: "Vecimə də deyilsiniz" - (Video)
-
Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib
-
Biləsuvarda 6 kəndin qazı kəsiləcək
-
Prosineçki istefaya göndərildi
-
Oğlu Kamran Ağabalayevi sevindirdi - (Foto)
-
Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)
-
Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"
-
"Polat Alemdar" oğulları ilə fotolarını yaydı
-
Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?
-
Könül Kərimovanın adı hallanan məhkəmə ilə bağlı yeni xəbər
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)





