Ölkə

Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb

9 İyun 2024 23:31
Baxış: 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda minik avtomobili motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Noxudlu kəndindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil motosikletlə ("Muravey") toqquşub. Qəza nəticəsində Salyan rayon sakinləri - 1954-cü il təvəllüdlü Əsgərov Yedigar Əfsər oğlu və onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Əsgərova Məlahət Allahyar qızı, habelə Neftçala rayon sakini, 2003-cü il təvəllüdlü Dəmirli Ələsgər Şahmar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdlırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.