Füzulidə unikal LAYİHƏ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Füzuli şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 05 may 2023-cü il tarixində qoyulub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.
Füzuli şəhərini və ətraf kəndləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə su mənbəyi olaraq subartezian quyuları seçilib. Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verib. Bunu nəzərə alaraq rayonun Govşatlı kəndi yaxınlığında 15 subartezian quyusunun qazılması nəzərdə tutulub, artıq 3 quyunun qazılması başa çatdırılıb. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.
Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə rayonun Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan 4 mərkəzi su anbarının inşası başa çatıb. Hazırda anbarlarda borulama işləri həyata keçirilir. Su mənbəyindən və anbarlardan götürülən suyun şəhərə ötürülməsi məqsədilə 10,7 km uzunluğunda magistral su kəmərlərinin inşası da yekunlaşıb.
Füzuli şəhərinin içməli, tullantı və yağış suları şəbəkələrinin tikintisi yaşayış kompleksinin yaradılması layihəsi çərçivəsində həyata keçirilir. Şəhərdə 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələrinin inşası davam etdrilir.
Şəhərdə formalaşacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi layihələndirilib. Füzuli şəhərində yaradılan yeni infrastruktur "Ağıllı su" sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək.
Qeyd: Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə ADSEA tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ərinin məzarına ziyarətə gələn qadın ÖLDÜ
-
Dünən cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
-
Arda "Real"da ayın oyunçusu seçildi
-
Soyuqlar bitir, istilər başlayır - PROQNOZ
-
Dağ kəndlərində təhlükə artır: Canavar hücumları çoxalıb
-
Cinayət işlərində həbs qərarlarına YENİLİK
-
Trampdan qalmaqallı etiraf - “Dəniz quldurlarıyıq”
-
AZAL Təl-Əvivə uçuşları bərpa edir
-
"Apple" tarixinin ən populyar seriyası bu “iPhone” oldu
-
"LeoBank"da problem yarandı
-
Bakıda 40 nəfəri aldadan şəxs saxlanıldı - VİDEO
-
Rusiyada FACİƏ: Dördü uşaq olmaqla, ailənin yeddi üzvü həlak oldu - VİDEO
-
Aeroport yolundakı tıxacın səbəbi BİLİNDİ
-
DYP-dən sürücülərə ÇAĞIRIŞ
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycanda zəlzələ OLDU
-
Məhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı - FOTO
-
Qızıl almaq istəyənlərə PİS XƏBƏR
-
May ayında 3 BÜRCün bəxti açılır - Fürsətləri qaçırmayın
-
Zelenski Ermənistana səfər edəcək
-
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTO
-
Diplomatik korpusun nümayəndələri Şuşada Xalça Muzeyini ziyarət ediblər - FOTO
-
Bu çay yarım saata adamı YATIZDIRIRMIŞ
-
Bazarda rekord AZALMA - Neft kəskin ucuzlaşdı





