Güney Azərbaycandan olan yazıçı və şairlərin Qarabağla bağlı yazdıqları ədəbi nümunələrdən ibarət "Öncə Vətən (Güneydən Qarabağa)" antologiyası Bakıda nəşr olunub.
Milli.Az kult.az-a istinadən xəbər verir ki, kitab "Yarasa" nəşriyyatında çap edilib.
"Antologiya" seriyasında nəşr edilmiş 184 səhifəlik kitabda Azərbaycanın Güneyindən olan şair və yazarların Qarabağa həsr edilmiş şeirləri və hekayələri toplanıb.
Antologiyanın tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova və güneyli şair Əli Çağladır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun