Ölkə

Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO

30 May 2024 15:30
Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son iki ayda kənd toyuğunun qiyməti artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bahalaşma həm diri, həm də kəsilmiş kənd toyuqlarında müşahidə olunur. Satıcılar deyirlər ki, çəkisinə görə toyuqlar arasında üç manata qədər fərq edir.

Qiymət artımı bölgələrdə də özünü göstərir.

Tovuz və Mingəçevir bazarında da ötən aylarla müqayisədə qiymət fərqi bir manat 50 qəpiklə, üç manat arasında dəyişir.

Satıcıların sözlərinə görə, qiymətin artmasına səbəb yem məhsullarının bahalaşmasıdır. Yem məhsullarının qiyməti artdığından təsərrüfat xərcləri də çoxalır ki, bu da birbaşa diri və kəsilmiş kənd toyuğu məhsullarının qiymətinə təsir edir.

Satıcılar bildirib ki, bazarda kənd toyuğu ilə yanaşı, broyler toyuğu da alıcılara təklif olunur. Lakin broyler toyuqlarının qiyməti nisbətən aşağıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.