Diplomatik korpus üzvlərinin Laçına səfəri başa çatıb - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:02
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində Zerti Aqro-Sənaye Parkında olublar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verildi.
Bildirildi ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə həm də tədris-təlim mərkəzi sayıla bilər.
Diplomatik korpusun nümayəndələri sonra "Hoçazfilm" studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan "Hoçazfilm"in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur.
Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.
Sonra 28 May - Müstəqillik Gününə həsr olunan "Xalça belə yarandı" sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.
Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.
---------
12:04
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelərin mayın 24-də Laçına səfəri başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Səfərin məqsədi "Lachin Climate Action Dialogue"da iştirak etməkdir. Artıq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda diplomatik korpusun üzvləri və hərbi attaşelərin iştirakı ilə keçirilən "Lachin Climate Action Dialogue" forumu işinə başlayıb.
---------
11:41
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelərin mayın 24-də Laçına səfəri başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Səfərin məqsədi "Lachin Climate Action Dialogue"da iştirak etməkdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan özünün tarixi ərazi bütövlüyü təmin edib, konflikt artıq bitib: "Biz burada gələcək haqqında danışacağıq. Laçın Həkəri sahilində yerləşən yaşayış məkanıdır, həm də Ermənistanla sərhəddə yerləşir. Sərhədin digərin tərəfində Ermənistan bayrağını görə bilərsiniz. Qeyd etdiyim kimi konflikt artıq keçmişdə qaldı. Artıq sülh dövrüdür. Bəli, bu çətin prosesdir".
Azərbaycanın COP29- a ev sahibliyi edəcəyini vurğulayan Hikmət Hacıyev bildirib ki, bütün ərazilərdə olduğu kimi işğaldan azad olunan ərazilərdə də yaşıl enerjiyə üstünlük verilir: "Azərbaycanın bunu tətbiq etməyə böyük imkanları var. COP komandasına qarşıda gözləyən böyük işlərə görə uğurlar arzulayıram".
----------
08:57
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar.
Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində orada COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər.
Həmçinin diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro- Sənaye Parkını və Hoçazfilm kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
XƏBƏR LENTİ
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)





