Ölkə

Laçında “Aşıq mahnıları yeni səslənmədə” - VİDEO - FOTOlar

13 May 2024 23:23
Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulub.

Milli.Az xəbər verir ki, "Aşıq mahnıları yeni səslənmədə" adlı konsertdə Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar.

Festival bütün iştirakçıların ifasında "Bütöv Azərbaycan" mahnısının sədaları altında başa çatıb.

Xatırladaq ki, "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı mayın 11-də Şuşada başlamışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.