Ölkə

Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib - FOTO

10 May 2024 15:16
Baxış: 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə bir neçə gün əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər. 

COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva vurğulayıb ki, Keniyada baş vermiş iqlim hadisəsi qlobal iqlim dəyişmələrinin fəsadlarını aydın şəkildə nümayiş etdirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov qeyd edib ki, Azərbaycanda 2024-cü "Yaşıl Dünya Naminə Həmrəylik ili"dir, bu aksiyada iştirak Azərbaycanın həm də yaşıl dünya üçün qlobal mübarizəsinin bir rəmzi kimi qəbul oluna bilər.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza Səfixanlı təhlükəsiz dünyanın hamı üçün vacib olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rəfael Hacıbəyli də vurğulayıb ki, Azərbaycan gəncləri də yaşıl dünya üçün çalışır, bu ağacəkmə aksiyasında iştirak etməklə keniyalı həmkarları ilə həmrəylik nümayiş etdirirlər.  

Qeyd edək ki, Azərbaycandan bir qrup QHT Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında fəal iştirak edir. 

Keniya QHT-ləri Azərbaycan QHT-lərin bu dəstəyini unutmayacaqlarını bildiriblər, onlara həmrəylik üçün dərin təşəkkür ediblər. 

Onu da qeyd edək ki, bu günlərdə ilk dəfə olaraq Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil olunub, əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.