Ölkə

Deputatlara yeni kompüterlər VERİLDİ

7 May 2024 15:38
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatları yeni kompüterlərlə təmin olunublar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı məsələyə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında toxunub. 

"Biz təşəkkürümüzü bildiririk ki, artıq yeni kompüterlə təmin olunmuşuq. Ona görə bundan sonra qanunlarla bağlı daha operativ çıxışlar edə bilərik. Amma kompüterlər hələ internetə qoşulmayıb deyə, qanunlarla bağlı tez araşdırmaları təqdim edə bilmirik", - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə cavab olaraq bildirib ki, internetin olmaması təhlükəsizlik məsələləri ilə bağlıdır: 

"Bu kompüterlərin əsas missiyası odur ki, istənilən zaman layihələr hamısı olsun, qanunlara baxaq və bunların üzərində də iş gedir. Görülməyən işlər var və bunu Milli Məclisin kompüter məsələləri ilə məşğul olan şöbə edir". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.