Ölkə

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

20 Aprel 2024 08:20
Baxış: 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar.

Həmin şəxslərdən çəkisi 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Araşdırmalar zamanı R.Həsənovun və E.Manafovun narkokuryerlik etdikləri, onlardan aşkarlanan narkotikləri qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.