Ölkə

UNEC tələbəsi NASA-nın saytında səhv aşkarladı

3 Aprel 2024 11:57
Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili beynəlxalq NASA (National Aeronautics and Space Administration) təşkilatının əsas veb-saytında səhv aşkarlayaraq, şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan "Bugcrowd - Hall of fame" siyahısına daxil edilib.

Kənan Fərzəlili informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də aldığı bilik və bacarıqlar sayəsində kibertəhlikəsizlik üzrə peşəkar mütəxəssis kimi yetişərək, ilk uğuruna imza atmış olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.