Ölkə

Küçəyə atılan professor üçün 30 mindən çox pul yığıldı, ev tapıldı

1 Aprel 2024 23:32
Baxış: 3 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kirayə yaşadığı evdən çölə atəlan ilahiyyatçı alim Fazil Qaraoğludan xəbər var.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, naşir Şahbaz Xuduoğlu deyib ki, küçəyə atılan professor üçün 30 min manatdan çox pul yığılıb.

"Professor Fazil Qaraoğlu kirayə qaldığı evdən çıxarılmış, bütün kitabxanası, arxivi açıq havaya, çölə atılmışdı. Alimin belə acınacaqlı halı sadə insanları çox sarsıtdı, yatdım etməyə başladılar. 1, 2, 5, 10, 15, 20, 30, 50, 100, 200, 500 manat, yarım saat ərzində 3 mindən çox vəsait toplanmışdı. Bağını, evində boş mənzili təklif edənlər oldu. Aylıq, illik kirayə pulunu ödəyən çoxlu təkliflər gəldi.

Səhər tezdən Sosial Xidmət Agentliyinin nümayəndəsi professorla görüşdü. 

Hələ gecə Heydər Əliyev Fondunun, səhər tezdən Nərgiz fondunun nümayəndəsi  zəng etdi. Mənzil tapmaq və professoru  yerləşdirməklə bağlı səfərbər oldular. Nəhayət ev tapıldı. Fondlar yeni mənzilin kirayə haqqını 1 il 4 aylıq ödəməyi öz üzərinə götürüb. O, bu gecə isti və rahat mənzildə qalacaq.

Səhərə qədər durmadan hesaba pul gəlirdi. Bu gün hesabı yoxlayanda artıq 30 mindən çox vəsait yığılmışdı. 

Millətimlə qürur duyuram. Hamınızı bağrıma basıram. Biz birlikdə güclüyük!" ,- deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.