Xəbər verdiyimiz kimi, martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında insan qalıqları aşkarlanıb.
Trend-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Trend-ə açıqlamasında Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, ərazi qiymətləndirildikdən sonra qazıntı ekskumasiya işləri aparılacaq.
İnsan qalıqlarının tapıldığı ərazidən görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun