Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayıb.
Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi ərzaq məhsulları üzrə 2,5 faiz artsa da, qeyri-ərzaq malları üzrə 5,2 faiz çoxalıb. Kompüterlər, telekommunikasiya avadanlıqlarının alınmasına çəkilən xərclər 32 faiz, yanacağa xərclənən pul isə 10 faiz artıb. İçkilər və tütün məmulatları üçün isə 2,2 faiz daha az vəsait sərf olunub.
Nəticədə əhalinin xərclərində ərzaq, içki və tütün məhsullarının payı azalıb.
Maraqlıdır, qeyri-ərzaq məhsulları üzrə xərclərin daha çox artmasına səbəb nədir?
İqtisadçı Rəşad Həsənov deyib ki, əhalinin içki və tütün məmulatlarının alışını azaltması onların bahalaşması ilə bağlıdır:
"İnflyasiya səviyyəsi nisbətən zəifləyib və ərzaq məhsullarında bu, daha kəskin şəkildə özünü göstərir. Belə bir şəraitdə əhalinin qeyri-ərzaq məhsullarına ayıracağı vəsaitin həcmi artır, imkanlar nisbətən genişlənir. İkincisi, ölkədən quru sərhədləri ilə səyahət edənlərin sayının kəskin azalması daxili bazarda telekommunikasiya, elektron avadanlıqlara tələbi artırır".
Yanacaq xərclərinin çoxalması isə daxili turistik səfərlərin artması ilə əlaqələndirilir. Ekspert bildirib ki, bu sahələrdə dövriyyələrin leqallaşdırılması statistik göstəricilərə təsirsiz ötüşmür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
XƏBƏR LENTİ
-
Bakıda Formula 2 üzrə ilk sıralama turuna start verilib
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı





