Ölkə

Kütləvi məzarlıqlarda qalıqları aşkarlananların sayı açıqlandı

18 Mart 2024 11:34
Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndiyə qədər aşkarlanmış kütləvi məzarlıqlarda qalıqları aşkar edilənlərin sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun şöbə rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə deyib.

"İndiyə qədər aşkarlanmlş kütləvi məzarlıqlarda 553 nəfərin meyitinin qalıqları tapılıb. Bunlar birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 18-ə çatıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib. İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.