Ölkə

Marvud Vaqifzadə Almaniyada tutularaq Azərbaycana gətirildi

24 Fevral 2024 10:11
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə Milli.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi Azərbaycan vətəndaşı Marvud Vaqifzadəni ölkəmizə ekstradisiyasını həyata keçirib.

Belə ki, 2021-ci ildə "Vorld Telekom" MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunaraq o, Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan gətirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.