Ölkə

Sabah üç rayonda qaz olmayacaq

13 Fevral 2024 19:22
Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Kürdəmir, Göyçay və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Kürdəmir", "İsmayıllı", "Talıstan", "Göyçay 2" və "Göyçay-1 Əhali" ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı fevralın 14-də saat 09:00-dan işlər başa çatanadək "Kürdəmir", "Göyçay-1 Əhali" ölçü qovşaqlarından və "Göyçay 2" ölçü qovşağından qidalanan orta təzyiqli əhali qaz xəttindən qaz təchizatının dayandırılması nəzərdə tutulub.

Həmçinin, fevralın 15-də saat 09:00-dan işlər başa çatanadək "İsmayıllı" ölçü qovşağından və "Talıstan" ölçü qovşağından qidalanan orta təzyiqli "Əhali" qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.