Ölkə

Azərbaycanda 1 ton yararsız ət aşkarlandı

10 Fevral 2024 14:18
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının Qaraçuk kəndində bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlanıb.

Milli.Az xəbət verir ki, bu barədə Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.

Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Rahib Həsən oğlu Hüseynovun evinin həyətinə baxış zamanı oradan bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlayıb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.