İlham Əliyevin parlaq qələbəsi dünyanın diqqət mərkəzindədir - Azər Qarayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri və İlham Əliyevin parlaq qələbəsi bütün dünyanın diqqət mərkəzindədir.
Bunu Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
O bildirib ki, bu seçkilərdə Azərbaycan növbəti dəfə bütün dünya üçün bir nümunə olduğunu göstərdi.
"Bütün vətəndaşlar seçkini siyasi proses kimi yox, bayram kimi qeyd etdilər. Seçki ərəfəsində bəzi Qərb dairələri hər nə qədər Azərbaycana qarşı qarayaxma kampaniyasını aparsalar da, heç bir məqsədlərinə nail ola bilmədilər. Qalib Azərbaycan xalqı növbəti dəfə birlik nümayiş etdirərək Qalib Prezidentini dəstəklədiyini bütün dünyaya göstərdi.
Fevralın 7-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması şəraitində keçirilən və tarixə Zəfər seçkiləri kimi yazılan bu seçkilərin bütün ölkə ərazisini əhatə etməsi, dövlət başçısı İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs verməsi Azərbaycan tarixində qürurverici hadisələr sırasına daxil oldu", - deyə A.Qarayev əlavə edib.
O qeyd edib ki, suverenliyimizin bərpası ilə həyatında yeni dövr başlayan Azərbaycan 7 fevral Prezident seçkilərini azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirməklə özünün demokratik inkişaf tarixinə yeni parlaq səhifəsini açdı.
"Azərbaycanın Zəfərdən-Zəfərə inamla irəliləməsində də qətiyyətli və yenilməz Lider amilinin rolu inkaredilməzdir. Bu zəfərlərin içərisində isə sözsüz ki, Vətən mühairbəsində qazanılan qələbə xüsusilə əhəmiyyətlidir. Məhz buna görə də 7 fevralda keçirilmiş seçkiləri hər kəs Zəfər seçkiləri də adlandırır", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev bildirib ki, bayram kimi baş tutan Prezident seçkiləri bütün beynəlxalq normalara, demokratik dəyərlərə uyğun formada keçirildi.
"Bunu Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən yerli və xairci müşahidəçilər, medialar və digər aidiyyəti şəxslər də təsdiqlədilər. Mətbuata verilən açıqlamalardan, yayımlanan hesabatlar da təsdiqləndi ki, Azərbaycan xalqı bayram əhval-ruhiyyəsi çərçivəsində öz liderinə səs verdi.
Müşahidəçilər xüsusilə ədalətli, azad və şəffaf seçki prosesinin şahidi olduqlarını açıqladılar. Azərbaycanda keçirilən Prezident seçkilərində seçici fəallığı çox yüksək olub ki, bu da vətəndaşların ölkənin siyasi həyatında fəal iştirakının mühüm göstəricisidir.
Bu seçkilər vasitəsilə Azərbaycanda yeni bir dönəmin başlanğıcı qoyulur. Əminik ki, Azərbaycanın inkişafı, qələbələri bundan sonra da davam edəcək, ölkəmizin sürətli və hərtərəfli inkişafı daha da artacaq, xalqımızın sosial rifahı daha da yaxşılaşacaq", - deyə A.Qarayev əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
XƏBƏR LENTİ
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?





