Azərbaycan kibertəhlükəsizlik indeksi üzrə 12-ci pillədə qərarlaşdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlik sahəsində mövcud olan beynəlxalq reytinq və hesabatlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasına dair çoxtərəfli dəstəyin verilməsidir.
2023-cü il ərzində Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlərin AKTA-nın müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində 176 ölkənin qiymətləndirildiyi "Milli Kibertəhlükəsizlik İndeksi"nin ("National Cybersecurity Index") reytinq cədvəlində respublikamızın mövqeyinin 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləməsi təmin olunub.
AKTA-dan Milli.Az-a bildirilib ki, ötən ilin sentyabrdan etibarən isə adıçəkilən indeks üzrə yeni qiymətləndirmə meyarlarına əsaslanan metodologiyanın tətbiq olunmasına başlanılıb və hazıradək 31 ölkənin qiymətləndirilməsi həyata keçirilib.
Yeni indeks üzrə hazıradək 31 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan Respublikası 66.67 balla 12-ci pillədə qərarlaşıb. Qeyd olunmalıdır ki, bu göstərici hazıradək ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək göstəricidir. Belə ki, 2016-2023-cü illər ərzində indeksdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək bal 63.64 olub.
Bununla yanaşı, qiymətləndirmənin əsaslandığı 49 indikatorun 32-i üzrə AKTA tərəfindən təqdim edilmiş cavablar tam qəbul olunaraq qiymətləndirmədə nəzərə alınıb. Digər indikatorlar üzrə də ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda tərəfimizdən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir.
Qeyd edək ki, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən "Milli Kibertəhlükəsizlik İndeksi" kibertəhlükəsizliyin təmin edilməsi və kiberinsidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Bakıda oğlunu öldürən qadın özünü binadan atdı
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı





