Ölkə

91 nəfərə əmək veteranı adı verilib

25 Yanvar 2024 22:30
Baxış: 693
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2023-cü ildə 2714 şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanıb və Agentliyin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən şəhid ailəsi üzvlərinə təqdim olunub.

Milli.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı deyib.

"Şəhid ailəsi üzvlərinin vəsiqə ilə təmin olunması davam edir. Ötən il ərzində Agentlik tərəfindən 91 nəfərə əmək veteranı adı və vəsiqəsi də təqdim edilib", - deyə o əlavə edib.

Onu sözlərinə görə, Agentlikdə yaradılan Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsi bu kateqoriyadan olan vətəndaşlarımıza daha operativ xidmət göstərilməsini təmin edir:

"Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə qayğı ilə yanaşılması, onların mənzil-məişət, reabilitasiya (avtomobil) vasitələri, şəhid ailə üzvü vəsiqəsi ilə təmini, sanatoriya-kurort yollayışları, psixo-sosial dəstək problemlərinin həllinə kömək göstərilməsi, peşə-əmək məşğulluqlarının artması, sosial sahədə fəaliyyətlərinin genişləndirilməsinə şərait yaradılması, sosial-hüquqi yardımlar göstərilməsi, göstərilən sosial xidmət səviyyəsinin yüksəldilməsi və xidmətlərin əlçatanlığının, rahatlığının təmin edilməsi məqsədilə şöbə tərəfindən tədbirlər həyata keçirilir.

Ötən ildə şöbəyə 900-ə yaxın müraciət daxil olub".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.