Ölkə

Bakının iki qəsəbəsinə metro xətti çəkilir? - YENİLƏNİB

22 Yanvar 2024 13:05
Baxış: 2 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:05

Bakınının Zığ və Bibiheybət qəbələrinə metro xəttinin çəkilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Milli.Az xəbər verir ki, bunu Metbuat.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır:"Metronun Konseptual inkisaf sxeminə əsasən, ola bilər ki, gələcəkdə adı çəkilən ərazilərə metro xəttinin çəkilməsi planlaşdırılsın. Amma hal-hazırda bu istiqamətdə işlərə başlanması həqiqəti əks etdirmir".

Xatırladaq ki, mediada Bakının Suraxanı rayonunun Zığ qəsəbəsi və Səbail rayonunun Bibiheybət qəsəbəsinə metro xətlərinin çəkilməsi ilə bağlı işlərə başlanması, yeraltı tunellərin qazılması barədə məlumatlar yayılıb .

--------

10:14


Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsinə metro xətti çəkilir.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, artıq layihə hazırdır və bu istiqamətdə işlərə başlanılıb. 

Məlumata görə, prosesə texnikalar cəlb edilib, işlər sürətlə davam etdirilir. Hazırda yeraltı qazıntı işlərinin Xətai rayonu, Gəncə prospekti istiqamətində irəlilədiyi bildirilir. 

İddialara görə, metronun giriş-çıxış istiqamətləri Zığ-Suraxanı və Zığ-Hövsan yolu istiqamətlərindən biri olacaq. 

Bundan əlavə Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində də metro xəttinin çəkilişinə başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.