Ölkə

Bu günə qədər qrip əleyhinə vaksin vurulanların sayı açıqlandı - RƏSMİ

11 Yanvar 2024 09:44
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-2024-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.