Ölkə

Hacıqabulda insan sümükləri tapılıb

25 Dekabr 2023 15:50
Baxış: 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qubalı Baloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.

Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib.

Tarixçilər ərazidə tapılan insan sümüklərinin 31 mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal edib. Onların fikrincə, 1918-ci il mart soyqırımı zamanı Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalı-Baloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.

Tarixçilər hesab edir ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılarsa, kütlvi məzarlığın aşkarlanması qaçılmazdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.