“New-York Times”ın fotoqrafı Bərdənin bombalamasını xatırladı: “Həyatımın ən qorxulu anlarından biri idi”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"New-York Times"ın fotoqrafı Ayvor Prikett 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunda dinc sakinlərə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun nəşinin və onun bacısının fotosunu üç il sonra instaqram səhifəsində paylaşıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, Ayvor həmin gün Bərdədə baş verənləri dəhşətli hadisə kimi xatırladığını bildirib.
Onun sözlərinə görə, foto nümayiş olunandan sonra təhdid və təhqirlərlə üzləşib. Hətta "The New York Times"da adını ləkələməyə də cəhd edilib:
"Əslində, bəxtimiz gətirdi ki, həmkarım Karlotta Qall, mən və komandamız Bərdədəki həmin hücumdan sağ-salamat çıxdıq. Demək olar ki, kaset bombası hücumunun mərkəzində idik. 2-ci slaydda cəsarətli tərcüməçim Rövlanın partlayışlarla əhatə olunmuş divarın arxasında gizləndiyimiz zaman çəkdiyi videodan qısa bir hissədir.
Yəqin ki, bu, mənim həyatımın ən qorxulu anlarından biri idi, çünki bizim heç bir mühafizəmiz yox idi. Mən dindar deyiləm, amma o gün naməlum bir tanrıya dua etdiyimi dəqiq xatırlayıram.
Bomba dolu yağışından birtəhər sağ çıxdıq və dərhal olanları sənədləşdirməyə başladıq. Axı bu, həftələr sonra başa çatan 2020-ci il müharibəsinin ən ölümcül mülki itkisi idi".
Xatırladaq ki, Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri 2020-ci il oktyabrın 27 və 28-i tarixlərində qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutması nəticəsində ümumilikdə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)





