Ölkə

Azərbaycan dəmiryolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün endirim edib

20 Dekabr 2023 15:41
Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll olunub. Azərbaycan tərəfindən dəmiryolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlər tətbiq edilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşü zamanı qeyd edib.

Qeyd edilib ki, Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.

Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.