Şuşa otelləri bu qədər qazanıblar – GƏLİRLƏR ÜZRƏ ŞƏKİNİ GERİDƏ QOYDU - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda işğaldan azad edilən turizm mərkəzi Şuşadakı otellərin qazancı kəskin artıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 2023-cü ilin ilk 9 ayının nəticələrinə görə, Şuşa otelləri gəlirlərnin həcminə görə digər turizm mərkəzi olan Şəkini geridə qoyub.
2023-cü ilin ilk 9 ayında Şuşadakı otellərdə 12 min nəfər yaxın qonaq olub. Onlardan 9,8 min nəfəri Azərbaycan vətəndaşları, 2,2 min nəfər isə xaricilər olub.
Qeyd edək ki, bütün 2022-ci ildə Şuşa otelləri 14 min nəfərdən çox qonağa xidmət göstərmişdilər və bunun 1800 nəfəri xaricilər olmuşdu.
Şuşadakı otellərin gəlirləri də kəskin artıb. Belə ki, işğaldan azad edilmiş rayonun otelləri 2022-ci il ərzində 2 milyon manat qazandıqları halda, 2023-cü ilin 9 ayında bu rəqəm 3 milyon manata çatıb, ilin sonunadək isə rəqəmin 4 milyon manatı keçəcəyi gözlənilir.
Şuşa bu göstəriciyə görə turizm mərkəzlərindən olan Şəkini geridə qoyub - "gülüş şəhəri"ndəki otellər 9 ayda cəmi 2,7 milyon manat qazanıblar.
Maraqlıdır ki, Şuşadakı otellərin gəlirinin böyük hissəsi otel nömrələrinin satışından deyil restoranlardakı xidmətlərdən daxil olub.
Bununla yanaşı, hesabat dövründə Şuşa otellərindəki otellərin tutumluluğu yalnız 16% təşkil edib. Bu ölkə üzrə 20,8% təşkil edən ümumi göstəricidən aşağıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
XƏBƏR LENTİ
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)





