Ölkə

Qarabağda 16 abidə bərpa edilib

10 Dekabr 2023 15:12
Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şuşada quruculuq işləri davam edir və Şuşanın siması aydan-aya dəyişir, özünün tarixiliyinə qayıdır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

"Şuşanın və Qarabağın tarixliyini özündə əks etdirən abidələrimiz bərpa edilməkdədir. Bu günə kimi artıq 16 abidəmiz tamamilə bərpa edilib", - o deyib.

Aydın Kərimov "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" adını daşımağın şərəfli və qürurverici olduğunu əlavə edib.

"Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər böyük məna daşıdığını görürük".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.