Ölkə

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

9 Dekabr 2023 21:00
Baxış: 13 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəllimlərin vəzifə maaşına əlavələr edilib.

Bu barədə Milli.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.

Qeyd edək ki, ümumilikdə təhsilverənlərin sertifikatlaşdırması prosesinin test mərhələsində 31 300 nəfər iştirak edib və onlardan 23 160-ı test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.