“İstirahət günləri ilə bağlı qərar öncədən verilsin, camaat işini bilsin”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hər il bayram günlərinə yaxın Nazirlər Kabineti qeyri-iş günlərini elan edir. Lap ərəfəsində. Axı niyə belə gec? İl bəlli, bayramlar bəlli, şənbə-bazarlar bəlli, olmazmı öncədən qərar qəbul edilsin ki, camaat işini bilsin?!"
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının rəhbəri Azər Qəribov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, təqvimdə bu dəyişiklik öncədən olunsa, insanlar əvvəlcədən rahat şəkildə istirahətlə bağlı səfər planlaması edə bilər: "Xaricə gedənlərin sayı ildən ilə artır, insanlar səyahət edirlər, Bakıya uçan yalnız loukosterlərin sayı 18-ə çatıb, amma qeyri-iş günləri əvvəlcədən bilinsə, səfər planlaşdıranlar biletlərini daha ucuz ala bilərlər, ümumiyətlə işlərini müvafiq olaraq düzüb-qoşa bilərlər. Yalnız xaricə deyil, rayonlara gedənlər də hotel rezervasiyasıdır, doğmaları görməkdir, filandır, həttа evində təmir edən də bilər ki, hansı günlər ustaların ayağının altına sərilib yalvarmaq lazımdır, işdən icazə almadan.
Ona görə də, Nazirlər Kabineti, bir zəhmət, il başlayanda təqvimə nəzər salın ..."
Qeyd edək ki, bu gün Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Belə ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
XƏBƏR LENTİ
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür





