Bolqarıstanda “Heydər Əliyev - 100” kitabının təqdimatı və konsert proqramı keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının (AR) Bolqarıstandakı səfirliyinin təşəbbüsü və AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə birgə əməkdaşlıqda Bolqarıstanın Yazıçılar Ittifaqı tərəfindən Ulu öndərin həyat və fəaliyyətini əks etdirən məqalələr toplusundan ibarət bolqar dilinə tərcümə olunmuş və nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə giriş sözü ilə açan AR-in Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yüksək liderlik qabiliyyətlərinə malik olan görkəmli siyasi xadim, müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyevin Azərbaycan dövləti və xalqına həsr etdiyi həyatı və fəaliyyəti barədə məlumat vermiş, onun rəhbərliyi altında siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi uzaqgörən siyasət və səmərəli islahatlar nəticəsində çağdaş Azərbaycan dövlətçiliyinin əsasını qoyduğunu qeyd edib.
Səfir 1990-cı illərdə tarixinin ən çətin dövrlərindən birini yaşayan, bir tərəfdən erməni təcavüzü nəticəsində ərazilərin işğalı və 1 milyon əhalisinin yurdundan didərgin salınmasına, digər tərəfdən isə daxili siyasi çaxnaşmalar və iqtisadi böhrana məruz qalan Azərbaycanın yalnız Heydər Əliyevin xalqın müraciətini yerdə qoymayaraq siyasi hakimiyyətə qayıdışı və böyük fədakarlığı nəticəsində dağılmaqdan xilas olduğunu və gələcək qüdrətli dövlətin əsaslarını qoyduğunu vurğulayıb.
Bolqar dilinə tərcümə olunmuş "Гейдар Алиев 100" adlı kitab Ulu öndərin müasir Azərbaycanın elmi, mədəniyyəti, dili, mənəviyyatı, dövlətçiliyi, xarici siyasəti, hüquq sistemi, multukulturalizm ənənələri, enerji strategiyası və iqtisadi inkişafında sərgilədiyi misilsiz xidmətləri və yeritdiyi müdrik dövlət siyasəti barədə Azərbaycan və Bolqarıstanın elm xadimləri, aparıcı mütəxəssisləri və siyasətçilərinin yazı və məqalələrindən ibarət toplu şəklində hazırlanıb. Yeni ərsəyə gətirilmiş kitab tədbir iştirakçıları arasında böyük marağa səbəb olub. Kitabın Bolqarıstanın aidiyyəti elmi-tədqiqat müəssisələri, elmi və ictimai kitabxanaları, habelə ali təhsil müəssisələrində geniş paylanılması nəzərdə tutulur.
Bolqarıstan Respublikasının dövlət xadimləri, tanınmış siyasətçiləri, parlament üzvləri, ictimai-siyasi xadimləri, incəsənət və media nümayəndələri, diplomatik korpusun üzvləri, habelə Azərbaycan diasporu üzvlərinin iştirakı ilə keçirilmiş tədbir dünya miqyasında tanınmış sənətçilər - AR-in əməkdar artisti Rain Sultanov (saksofon), əməkdar artist Şahin Növrəsli (royal), Aleksey Miltix (violonçel) və Fadhel Boubaker (ud) ifasında rəngarəng milli və dünya sənət nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Virtuoz sənətçilərin çıxışı yerli və xarici dinləyicilər tərəfindən yüksək maraq və coşqu ilə qarşılanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
XƏBƏR LENTİ
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı





