Ölkə

Azərbaycanda şagirdlər arasında virus YAYILDI - YENİLƏNİB

16 Noyabr 2023 18:45
Baxış: 3 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə hepatit A virusuna yoluxan beş nəfər uşaq Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.

Beş nəfər uşaq hepatit A virusuna yoluxub:

"Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir".

--------

17:13


Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, son bir həftə ərzində şəhərin əsasən "Tərəvəzçilik" yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.