Ölkə

“Nə etmişəmsə, özüm etmişəm, qayınatamın heç bir rolu yoxdur”

11 Noyabr 2023 13:29
Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Deyirlər ki, Pərviz Qasımov bura pul xərcləyir, ora pul xərcləyir. Pərvizin nə biznesi var, nə də... Bu dəyirmanın suyu saytlardan gəlir. Başlıq yazırlar, xoşuma gəlmir. Xahiş edirəm, belə şeylər etməyin. Yazırlar ki, sabiq baş nazirin kürəkəni idman yarışında yer tutub. Bunun nə dəxli var? Mən əvvəl də yer tuturdum. Siyasəti musiqiyə qatmaq olmaz". 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri keçmiş baş nazir Novruz Məmmədovun kürəkəni, xanəndə Pərviz Qasımov ATV-də yayımlanan "Rəngarəng" verilişində deyib. 

"Novruz Məmmədov Azərbaycanın dövlət xadimidir, gözəl insandır, amma məsələləri qarışdırırlar. Saytlara zəng edirsən ki, zəhmət olmasa, özüm haqqında yazın. İndiyə kimi nə etmişəmsə, vallah, özüm etmişəm. Qayınatamın burada heç bir rolu yoxdur", - P.Qasımov bildirib.

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.