Aviasiya təhlükəsizliyinin yoxlanmasını bu qurum həyata keçirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydası təsdiqlənib.
Bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu Qayda aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsinə dair tələbləri və icra mexanizminin əsaslarını müəyyən edir, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi nəzərə alınmaqla, aviasiya subyektləri, həmçinin aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə üzərinə öhdəliklər götürmüş digər subyektlər (bundan sonra - yoxlanılan subyektlər) tərəfindən təhlükəsizlik sisteminin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.
Bu Qaydanın müddəaları mülki aviasiya sahəsində aviasiya təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən yoxlanılan subyektlərə münasibətdə aparılan yoxlamalara şamil olunur. Bu Qaydanın məqsədi mülki aviasiya fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması üzrə tətbiq edilən tədbirlərin səmərəliliyinin artırılması, yoxlanılan subyektlərdə aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tətbiq olunan qayda və prosedurların Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı"na (bundan sonra - Dövlət Proqramı) və Qaydalara uyğunluğunun müəyyən edilməsindən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və aviasiya təhlükəsizliyinin təmini sistemində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına yönəldilmiş tədbirlərin müəyyən edilməsindən ibarətdir.
Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamalar Aviasiya Agentliyi tərəfindən həyata keçirilir. Aviasiya Agentliyinin müvafiq sahədə yoxlamaların təşkil edilməsi üzrə vəzifələri aşağıdakılardır:
- mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində bu Qayda ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsini təmin etmək;
- yoxlanılan subyektlər tərəfindən aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qayda və prosedurların icra edilməsinə nəzarəti həyata keçirmək;
- yoxlanılan subyektlərdə aviasiya təhlükəsizliyinin ICAO- nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq sahədə yoxlamaların təşkilini təmin etmək;
- müvafiq sahədə yoxlamaların illik qrafikini hazırlamaq və mülki aviasiyanın təhlükəsizliyi üzrə təhdidlərin və risklərin qiymətləndirilməsi əsasında nəzarət tədbirlərinin prioritetliyini və dövriliyini müəyyən etmək;
- müvafiq sahədə yoxlamaların qeydiyyatı sistemini yaratmaq və müvafiq sənədlərin saxlanılmasını və mühafizəsini təmin etmək;
- müvafiq sahədə yoxlamaların nəticələrini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini müəyyən etməklə, pozun- tuların və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- müvafiq sahədə yoxlamaların keçirilməsinə cəlb edilən müfəttişlərin uçotunu aparmaq;
- aviasiya təhlükəsizliyi sahəsində aviasiya subyektlərindən əldə edilən məlumatların təhlil edilməsi üçün konfidensial hesabatlar sistemini yaratmaq;
- müvafiq sahədə yoxlamaların həyata keçirilməsi zamanı hava limanı (aeroport) və ya aerodromlarda fəaliyyət göstərən dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyəti təşkil etmək;
- yoxlanılan subyektlərdən aşkarlanmış nöqsanların aradan qaldırılmasına dair tədbirlər planının hazırlanmasını və Aviasiya Agentliyinə təqdim edilməsini tələb etmək;
- aviasiya təhlükəsizliyinin Dövlət Proqramı və Qaydaların tələblərinə, ICAO-nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunluğunun tələb edilən səviyyəsinin təmin olunması tədbirləri üzrə tövsiyələr hazırlamaq və metodiki göstərişlər vermək;
Dövlət Proqramı və Qaydaların tələblərinə, ICAO-nun beynəlxalq standartlarının və tövsiyə olunan təcrübəsinin tələblərinə riayət etməyən yoxlanılan subyektlərə münasibətdə müvafiq tədbirlər görmək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)
-
Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
XƏBƏR LENTİ
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)
-
Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
-
II Opera Günləri layihəsi çərçivəsində “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olundu - (Foto)
-
Soros universitetinin qayıdışı: Bu əməliyyatın arxasında nə durur?
-
Cəlilabadda ev yandı
-
“Qarabağ”ın sabiq ulduzu Leandro Andrade yeni klubuna keçdi
-
Kadir İnanırın son istəyi nə olub? - Qardaşı oğlu danışdı
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
İran XİN ABŞ-ı 18 iyun memorandumunu pozmaqda ittiham etdi
-
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - (Foto)
-
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
-
DÇ-2026-da qrup mərhələsinə yekun vurulur
-
Sabunçuda evin həyətindən 28 yaşlı kişi meyiti tapılıb
-
İran ABŞ bazalarına zərbələr endirdi
-
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
-
Dörd günlük güclü maqnit qasırğası olacaq





