Azərbaycanda aviabiletlər UCUZLAŞIR - Avropaya səyahət daha ucuz qiymətə olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Aviasiya haqqında" yeni qanunun qəbul edilməsi vətəndaşlarımıza daha ucuz aviabiletlərlə uçuşlar həyata keçirməsinə imkan verəcəyi gözlənilir.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, "Aviasiya haqqında" yeni qanun layihəsinə əsasən tələblər konkretləşdirilir, eyni zamanda elektron xidmətlərdən daha çox istifadə edilməsi nəzərdə tutulur.
"O cümlədən hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi artıq qanuna daxil edilib. Bu da təbii ki, prosedurların sadələşdirilməsinə imkan yaradacaq. Gözləntilər ondan ibarətdir ki, "Aviasiya haqqında" qanunun qəbul edilməsi bütövlükdə aviasiya xidməti göstərən şirkətlərin elektron və daha çevik alətlərdən istifadə etməsinə və onların xərclərinin azalmasına gətirib çıxaracaq.
Bu baxımdan gözlənti ondan ibarətdir ki, aviabiletlərin qiymətlərinin optimallaşdırılması və ucuzlaşması reallaşa bilər. Digər tərəfdən isə bu qanunun qəbul edilməsindən sonra həm milli aviaşirkət, həm də digər şirkətlər tərəfindən daha çox kampaniya çərçivəsində ucuz biletlərin təklif ediləcəyi gözlənilir.
Yəni elektronlaşma və tələblərin sadələşdirilməsi aviaşirkətlər tərəfindən daha çox kampaniyaların keçirilməsinə imkan verəcək ki, bu da vətəndaşlarımızın nisbətən aşağı qiymətə, o cümlədən Avropa ölkələrinə ucuz biletlər ala bilmələrinə şərait yaradacaq.
Çünki əvvəlki dövrlərdə kampaniyalar daha çox qonşu ölkələrə, xüsusilə Türkiyəyə uçan reyslərlə bağlı idi, amma gözlənti ondan ibarətdir ki, yeni qanunun qəbulundan sonra kampaniyalar daha geniş coğrafiyanı əhatə edəcək və imkan verəcək ki, vətəndaşlarımız ucuz biletlərlə Avropa ölkələrinə uçuşlar həyata keçirə bilsinlər", - deyə deputat əlavə edib.
Qeyd edək ki, "Aviasiya haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





