Ölkə

Azərbaycanda 1 yaşlı uşağın qarnından görün nə çıxdı - FOTO

21 Oktyabr 2023 22:10
Baxış: 3 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, 2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

İlkin müayinələr baş tutub və onun udduğu 8 ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib.

Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər uğurla çıxarılıb.

Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.