Məhkumlara sertifikatlar təqdim edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aşpazlıq kursuna cəlb edilmiş məhkumlara sertifikatlar təqdim edildi.
Ədliyyə Nazirliyi Penitensiar xidməti, Dövlət Turizm Agentliyinin (DTA) Milli Kulinariya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən Bakı istintaq təcridxanasında başlanılmış yeni pilot layihə üzrə təlim kursları yekunlaşıb.
Bu barədə Milli.Az-a Dövlət Xidmətindən məlumat verilib.
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov, DTA sədri Fuad Nağıyev, DMA İdarə Heyətinin sədri Mustafa Abbasbəyli tədbirdə çıxış ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, məhkumların sosial reabilitasiyası, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin aşılanması cəza icra siyasətində şəffaflığın təmin edilməsinin ən vacib meyarlarındandır. Məhkum və həbs edilmiş şəxslərin müxtəlif peşə sahələri üzrə gələcəkdə də belə kurslara cəlb edilməsi vacibliyi vurğulanıb.
Kursu uğurla başa vurmuş məhkumlara sertifikatlar təqdim olunub. Bildirilib ki, təqdim edilmiş sertifikatlar onlara müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı, azadlığa çıxdıqdan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirmək imkanları da vermiş olacaq.
Sonda məhkum və həbs edilmiş şəxslərin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, yemək rasionunun keyfiyyətinin yüksəldilməsi, ərzaq təminatının yaxşılaşdırılması istiqamətində görülən uğurlu işlərlə bağlı hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
XƏBƏR LENTİ
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
-
Qonşunu öldürən ər-arvada ağır cəza verildi
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Balığın qarnından iPhone 18 çıxdı (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)
-
Şəbnəm Tovuzlu "Eyfel" qülləsinə “yekə vışka”, Parisə "Parij" dedi, qınandı (Video)
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Sığorta şirkətləri ən çox hansı sahəyə pul ödəyib?
-
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
-
Putin Pezeşkianla görüşdü
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)





