Ölkə

Sentyabrın 8-dən qatarlar bu cədvəllə hərəkət edəcək

4 Sentyabr 2023 13:16
Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar sərnişindaşımada yaranabiləcək hərəkət sıxlığının qarşısının alınması və sərnişinlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə hərəkət cədvəlini optimallaşdırır.

Milli.Az xəbər verir ki, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında 2 reys, axşam saatlarında 1 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında 1 reys əlavə olunub.

Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında 2 reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında 2 reys əlavə olunub.

8 sentyabr 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.