Ölkə

Bakı, Gəncə və Yardımlıda qanunsuz tikinti işlərinin qarşısı alındı - VİDEO - FOTO

17 İyul 2023 10:59
Baxış: 1 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı, Gəncə və Yardımlıda qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində, Yasamal rayonunun Əsəd Əhmədov küçəsi, 24B ünvanında, Yardımlı rayonunun Çayüzü kəndində, Gəncə şəhərinin Əsgər Mərdanov küçəsi və Şıxzamanlı qəsəbəsində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.