Ölkə

Qanunsuz balıq ovlayanlar saxlanılıb

14 İyul 2023 13:03
Baxış: 1 612
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmətdən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı balıq ovlayan şəxslərin Cəlilabad rayon sakinləri Mirqoca və Mirağamalı Kərimovlar olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.