Ölkə

Azərbaycanda məşhur mağazalar şəbəkəsi BAĞLANIR

12 İyul 2023 11:22
Baxış: 4 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın böyük elektronika və məişət texnikasının satış şəbəkəsi "Maxi.az" bağlanır.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, şirkətin müxtəlif ünvanlarda yerləşən əksər filialları ləğv olunub.

"Maxi.az"dan bildirilib ki, hazırda fəaliyyət göstərən bəzi filialları da iyun ayının sonuna qədər işləyəcək. Şirkətin məhsulları onlayn olaraq satılacaq, satış şəbəkəsi isə fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, "Maxi" şirkəti "İntegral Plus" mağazalar şəbəkəsinin əsasında qurulub və 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb. Şirkət Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.