Ölkə

3 bələdiyyə sədri cərimələndi

19 May 2023 10:56
Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Nazirlikdən Milli.Az verilən məlumata görə, mayın 18-də Qax rayonu ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Ləkit kənd bələdiyyəsinin sədri A.Sədrikazımov, Güllük kənd bələdiyyəsinin sədri F.Qumasov və Qum kənd bələdiyyəsinin sədri S.Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.