Ölkə

Arvadının başına silah dirəyən polkovnik işdən çıxarıldı

11 May 2023 12:53
Baxış: 3 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan araşdırma yekunlaşıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı media müraciət edərək, dövlətin ərinə verdiyi silahı onun başına dirədiyini və "sənə xəyanət etmişəm" sözlərini dedirtdiyini bildirmişdi. 

Qadın əlavə edib ki, C.Hüseynov onu zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurub. O, bir gün evdən qaça bilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.