Ölkə

Nərimanovun söküldüyü iddia edilən heykəli ilə bağlı RƏSMİ AÇIQLAMA

3 Aprel 2023 10:42
Baxış: 1 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Şəhər İcra Hakimiyyəti Nizami küçəsində olan Nəriman Nərimanovun heykəlinin ərazidən götürülməsi ilə bağlı məsələyə münasibət bildirib. 

Milli.Az bildirir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pəncalı Hüseynov açıqlamasında deyib ki, "Böyük bağ" ərazisində ucaldılmış heykəl zərurət səbəbindən götürülüb və yerinə qaytarılacaq:

"Ərazidə yağan yağışlar səbəbindən heykəlin pastamentinin alt hissəsində çökmə baş vermişdi. Hazırda ərazidə bərkitmə işləri həyata keçirilir, armatur toxunur. Bərkitmə işləri yekunlaşandan sonra Nəriman Nərimanovun heykəli yerinə bərpa ediləcək".

P.Hüseynov təmir işlərinin hansı müddətə başa çatmasının hava şəraitindən asılı olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.