Ölkə

İşə düzəlmək istəyənlərin NƏZƏRİNƏ! - Bu sənəd tələb edilə bilər - VİDEO

2 Aprel 2023 09:32
Baxış: 2 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün sahələrdə işə qəbul zamanı narkoloji testdən keçmə tələbi təklif edilir.

Milli.Az xəbər verir ki, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna görə dövlət işində, müxtəlif vəzifələrdə çalışanlar işə qəbul zamanı və işlədiyi müddət ərzində vaxtaşırı olaraq, mütləq şəkildə tibbi müayinədən keçirlər. Ancaq hazırda bu tələb bütün işlərə şamil edilmir. Vətəndaşlar bu tələbin əhatə dairəsinin daha da genişləndirilməsini vacib hesab edirlər.

Əmək hüquqları üzrə mütəxəssis Sahib Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, hazırda dövlət qulluğu ilə bağlı şəxlsərin narkoloji testdən keçirilmələri ilə bağlı hər hansı tələb yoxdur. Ancaq hər hansı bir qurum işçinin qəbul edilməsindən sonra belə bir testdən keçməsini tələb edə bilər.

Sahib Məmmədov hesab edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa sürücülər, aviadispetçerlər, nəqliyyatı tənzimləmək sahəsində çalışanların da narkoloji testdən keçməsi tövsiyə olunandır.

Mütəxəssis həmçinin deyib ki, Azərbaycanda qanda qalıcılıq qısa müddətli olduğu üçün qandan narokoloji test götürülmür. Məhkəmə tibbi-ekspertizaları üçün izləri 1 ilədək qalıcı olan dırnaqdan nümunə götürülür. Şübhə varsa, saçdan, dırnaqdan da nümunələr götürülə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.