Ölkə

DYP "Qarabağ" - “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

24 Mart 2023 17:24
Baxış: 1 021

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək "Qarabağ"-"Qalatasaray"oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Qurumun baş inspektoru Araz Əsgərlinin verdiyi məlumata görə, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub.

Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl "Bakı Olimpiya Stadionu"una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.

DYP "Qarabağ"a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.

Milli.Az

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics