Ölkə

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

11 Mart 2023 10:00
Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə martın 9-da şəhər ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızının yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, C.Bayramova ötən ilin noyabr ayında da itkin düşmüşdü. Daha sonra o, polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.