Ölkə

Yol polisi reydlərə başladı: yararsız avtomobillərlə... - VİDEO

7 Mart 2023 12:02
Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DYP yararsız avtomobillərlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin Milli.Az-a verdiyi məlumata görə, son zamanlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobus sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin sayının çoxluğu və bu hadisələr nəticəsində çoxsaylı sərnişinlərin ölməsi və ya xəsarət alması səbəbindən ötən gün Masallı rayonunda sərnişin daşınması fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Tədbirin əsas məqsədi sərnişinlərin rahat və təhlükəsiz daşınmasının yoxlanılması olub. Tədbir zamanı marşrut xətti üzrə hərəkətdə olan bir çox nəqliyyat vasitəsinin yararsız halda olması və sərnişin təhlükəsizliyi üçün lazımı avadanlıqlarının olmaması müəyyən edilmişdir. Tədbir zamanı həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Bütün Respublika üzrə qeyd olunan tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.