Ölkə

Nazir: Yol qəzalarında ölənlərin sayı dünya və MDB göstəricilərindən çox yüksəkdir

3 Mart 2023 12:01
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstər mədəniyyət dəyişikliyi, istərsə də yol hərəkəti ilə baş verən dəyişikliklərə nəzər salsaq təxminən 10 il əvvəllə müqayisədə Azərbaycanda kifayət qədər inkişafın olduğunu görə bilərik.

Milli.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışı zamanı bildirib.

"Amma bununla yanaşı hələ də Azərbaycanda yol hərəkəti hadisələri nəticəsində ötən il həyatını itirmiş şəxslərin sayı 834 nəfərdir. Bu istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir. Amma bu bizə eyni zamanda, kifayət qədər imkan verir ki, bu günə qədər əldə etdiyimiz uğurlara fokuslanıb, onları daha da utilizasiya edib irəli aparaq", - deyə Rəşad Nəbiyev bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory