Ölkə

MİQ imtahanında səhvin düzü aparması məsələsinə aydınlıq gətirilib

23 Fevral 2023 11:41
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun illər müəllimlərin işə qəbul imtahanında (MİQ) səhv cavabların düzü aparması qaydası olmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O qeyd edib ki, təhlil prosesində bəzən asan, orta sualları belə cavablayan bilməyən şəxslərin çətin sualları cavabladığı müşahidə edilib.

"Bunun səbəbi təsadüfi seçmələrdir. Cavabl bilməsə belə, təsadüfi cavabı seçir. Biz istəyirik ki, imtahanda belə təsadüfi seçimlər yox, həqiqi biliklər sərgilənsin. Bütün bu halların qarşısını almaq üçün səhvin düzü aparması qaydası tətbiq edilir", - deyə N.Mehdiyeva əlavə edib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.